Xətai rayonunda təmizlik aylığı çərçivəsində iməcilik keçirilib
Xətai rayonu ərazisində davamlı aparılan abadlıq-quruculuq işləri, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində müxtəlif ərazilərdə, qəsəbə və yaşayış massivlərində növbəti genişmiqyaslı təmizlik-abadlıq, yenidənqurma işlərinə start verilmişdir.
Ərazilərdə yeni ağaclar, dekorativ kol və güllər əkilir, əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilir. Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə Cavanşir və Naximov küçələrində təşkil olunmuş ümumrayon iməcliyində rayon rəhbərliyi, rayonun Mənzil Kommunal Təsərrüfat Birliyi aparatının, Mənzil İstismar Sahələrinin, eləcə də Xüsusi təyinatlı Mənzil İstismar Sahələrinin işçiləri, rayon və qəsəbə bələdiyyələrinin üzvləri, müəssisə və təşkilat, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
2000 nəfərdən artıq insanın iştirak etdiyi iməclik zamanı yol kənarları, açıq sahələr artıq kolllardan, qurumuş otlardan təmizlənmiş, bəzi sakinlər tərəfindən qanunsuz zəbt olunmuş və çəpərlənmiş ərazilərin çəpərləri sökülmüş, həmin sahələr məişət tullantılarından və quru otlardan təmizlənmişdir. Yol kənarlarındakı ağaclarda mövsümi budama işləri aparılmışdır, suvarma üçün əlavə su boruları çəkilmişdir. Əraziyə 600-dən artıq ağac əkilmişdir.
“Təmizlik ayı” şərçivəsində iməcliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulur.