Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon icra hakimiyəti Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.

13 fevral 2014 | 11:00

Tədbirlə planına uyğun olaraq rayonun 116 saylı
orta məktəbində faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə iştirak edən qonaqlar  əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar.

Xətai rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva Xocalı soyqırımının tarixindən danışaraq bu günün xalqımıza qarşı törədilmiş amansız bir terror olduğunu qeyd etdi. O, həmçinin dövlətimizin erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər və Xocalıda baş verənlərin  dünya ictimaiyyətinə çatdırılması və soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır. Digər çıxışçılar isə əlavə etdilər ki, 21-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə
Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı
törədilən cinayət idi.

Tədbirin sonunda şagirdlərin ifasında ədəbii bədii kampazisiya nümayiş olundu.

Keçidlər