Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ümumtəhsil məktəblərində 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirilib

29 mart 2019 | 11:00

Rayonun təhsil müəssisələrində “31 mart Azərbaycanlıların Soyqırımı Günüdür”, “Qan yaddaşımız”, “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır”, “Soyqırımı tarixinin dastanı” və digər mövzularda konfrans, mühazirə, toplantı, dəyirmi masa, bədii qiraət gecələri təşkil edilib.

Məktəblərdə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib. Həmçinin 1918-ci ildə törədilmiş qanlı hadisələrdən bəhs edən sənədli və bədii filmlər göstərilib.

Tədbirlərdə soyqırımına məruz qalmış qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımının tarixi haqqında məlumat verilib.

Qeyd olunub ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində Soyqırımı Günü kimi qeyd edilir. Ermənilər tərəfindən Azərbaycanda törədilən soyqırımlarının coğrafiyası genişdir. Təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Quba və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlı qətlə yetirilib, evlər talan edilib, insanlar yurd-yuvasından didərgin salınıb. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verilib, bu hadisə soyqırımı aktı kimi sənədləşdirilib.

Şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeir, bayatı, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

Keçidlər