Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər davam edir

05 aprel 2019 | 11:00

   Xətai rayonunda aprel döyüşlərinə həsr olunmuş silsilə tədbirlər davam edir.

     138 nömrəli tam məktəbdə keçirilən tədbirdə Xətai rayon İH nümayəndələri, Böyük Vətən, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri ,  şagirdlər iştirak etmişlər.
     Tədbiri məktəbin direktoru Mirfaiq Mirheydərli açaraq bildirdi ki, aprel  döyüşləri Azərbaycan tarixinin önəmli səhifələrindən biridir. Belə anım tədbirlərinin orta məktəblərdə təşkil olunması da şagirdlər arasında vətənpərvərlik  ruhunu daha da yüksəldir.
     Xətai rayon İcra Hakimiyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdüri Pənah İmanov bu döyüşləri  Azərbaycan tarixinə yazılmış yeni bir qəhrəmanlıq səlnaməsi adlandıraraq bildirdi ki, bu döyüşlərin əsas məğzi həm də ondan ibarətdir ki, artıq Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hər an hazır olan rəşadətli ordusu vardır.  Ona görə də inanırıq ki, tez bir zamanda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız  düşmən tapdağından azad olacaq. Torpağımız, vətənimiz yolunda canlarını fəda etmiş bütün şəhidlər kimi aprel şəhidləri, o cümlədən Xətai rayonundan olan pilot Təbriz Musazadə, Müşfiq Orucov, Rəşad Niftalılı və Xaliq Əzizzadənin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
    Tədbirdə çıxış edən şəhid atası Şakir Niftalıyev şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətralıq edərək oğlu ilə fəxr etdiyini bildirdi. Həyat yoldaşının oğullarının şəhid olduğu xəbərini alan zaman onun ilk sualını xatırladı: “Oğlum güllə yarasını sinəsindənmi, ya kürəyindənmi almışdır?”.
      Digər çıxış edənlər  İkinci Dünya müharibəsinin iştirakçısı Əli Məmmədov, Milli Qəhrəmanları tanıtım Birliyinin Xətai rayon təşkilatının sədrı Fəranə Əliyeva və başqaları  şəhidlərimizlə fəxr etdiklərini və tezliklə torpaqlarımızın düşmən tapdağından azad olunacağına inandıqlarını bildirdilər. Sonda şagirdlərin iştirakı ilə ədəbi –bədii kampazisiya təqdim olundu.

Keçidlər