Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində şəhid olmuş Xaliq Əzizzadənin xatirəsi yad edildi

05 aprel 2019 | 11:00


     05 aprel 2019- cu il tarixdə Xətai rayon İH-nin təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olmuş Xaliq Əzizzadənin xatirəsinə həsr edilmiş  tədbir keçirilmişdir.
          Tədbiri giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov şəhidin valideynlərinə rayon rəhbərliyi adından başsağlığı verdi.  Bildirdi ki, Azərbaycan tarixinə Qəhrəmanlıq səlnaməsi kimi yazılmış aprel hadisələri dünyaya bir mesaj idi. Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı İlham Əliyev bütün çıxışlarında, beynəlxalq görüşlərdə bildirir ki, Ermənistanın torpaqlarımızı silah gücünə işğal etməsinə baxmayaraq biz sivil bir dövlət olaraq bütün diplomatik resurslardan və beynəlxalq normalardan istifadə edərək bu problemin sülh yolu ilə çözülməsini istəyirik. Sülh yolu ilə mümkün olmasa bizim yeganə yolumuz qalır: silaha əl atmaq və məsələni silah gücünə həll etmək. Çünki biz heç kimin torpağını zəbt etməmişik. Ona görə də o əraziləri düşməndən azad etmək bizim haqqımızdır. Bu müqəddəs haqqı təmin etmək üçünsə bizim qüdrətli ordumaz var və bu ordu hər an döyüşə hazırdır. Bunun bariz nümunəsi Aprel döyüşləridir.
    Şəhidin atası Həsən Qasımov şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edərək bütün şəhidlərimizin, o cümlədən Xaliqin intiqamının alınması gününü səbrsizliklə gözlədiyini və bunun tez bir zamanda baş verəcəyinə inandığını bildirdi. 
       Xaliq Əzizzadənin təhsil aldığı 116 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova Xaliqin həmin məktəbin şagirdi olduğundan qürur duyduqlarını bildirdi. Qeyd olundu ki, bu gün Xaliqin xatirəsi hər bir məktəblimizin qəlbindədir.
      Sonra məktəblilər və digər iştirakçılar Xaliq Əzizzadənin xatirə lövhəsinin önünə çiçək dəstələri düzdülər.
      Məlumat üçün bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq Sərəncamı ilə Xətai rayonu ərazisində yerləşən Kaçalov küçəsi dəyişdirilərək  Təbriz Musazadə küçəsi, 4-cü Rezervuar küçəsi dəyişdirilərək Rəşad Niftalılı və 823-cü keçid dəyişdirilərək Xaliq Əzizzadə küçəsi adlandırılmışdır. 

 

Keçidlər