Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi müayinə ilə bağlı müşavirə

14 fevral 2014 | 11:00

13.02.2014-cü il tarixdə YAP Xətai rayon təşkilatının inzibati binasında əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı müşavirə keçirilmişdir.Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd eymişdir ki, əhalinin sağlamlığının qorunması, sağlam həyatın təmin edilməsi daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuş və bununla əlaqədar son illər bir çox tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər nəticəsində Respublikamızın hər bir bölgəsində olduğu kimi Xətai rayonunda da müasir səhiyyə müəssisələri yaradılmış, mövcud müalicə ocaqları yenidən qurulmuş, əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi  asanlaşmışdır. Razim Məmmədov ölkə başçısı tərəfindən  2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən küçirilməsinin nəzərdə tutulduğunu qeyd etmiş, rayon ərazisində yaşayan əhali arasında təşkilati-izahat işini aparmaqla tədbirin yüksək mütəşəkkiliklə keçirilməsini rayonun idarə, müəssisə və səhiyyə ocaqlarının rəhbərlərinə tapşırmışdır.
Başçı daha sonra qeyd etmişdir ki, bu prosesin  operativ qaydada həyata keçirilməsi məqsədilə rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə komissiya yaradılmış və müxtəlif təşkilati işlər görülmüşdür.

Keçidlər