Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş adlı tədbir keçirildi.
Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə Akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunmuş «GÖZLƏRƏ NUR BƏXŞ EDƏN ALİM» adlı tədbir keçirildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti aparatının şöbə müdüri Pənah İmanov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti məhz onun layiqli davamçısı İlham Əliyevin əməyi və səyi nəticəsində artıq dünyanın öndə gedən dövlətlərindəndir. Bir müddət əvvəl də biz artıq 10 000 000 əhalisi olan bir ölkə olduq. Bu da çox önəmli hadisədir. Bu gün də biz Azərbaycan və dünya tibb elminə böyük töhfələr vermiş bir alimin, dünyaca məhşur bir siyasətçinin, dövlət adamının ömür-gün yoldaşının, dünya siyasətində öz sözünü demiş və kifayət qədər böyük bir nüfuza malik olan liderin anasının və nəhayət xeyirxahlığı ilə bütün insanlığın sevgisini qazanmış bir xanımın qaynanasının doğum gününü qeyd etmək üçün toplaşmışıq. Akademik Zərifə xanım Əliyeva ölkə başçısının xanımı, yəni birinci xanım olmasına baxmayarq daim sadə unsanların arasında olmuş, həyat yoldaşı kimi onların xidmətində dayanmışdır. Ona görə də Heydər Əliyev qədər Zərifə xanımın da xatirəsi qəlblərdə daim yaşayacaq.
Digər çıxış edənlər 9 saylı Uşaq Poliklinikasının baş həkimi Aida Hüseynzadə, 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva və başqaları akademikin həyat və yaradıcılığından, elmi araşdırmalarında və digər xeyriyyəçi fəaliyyətindən söz açaraq bildirmişlər ki, Zərifə Əliyevanın həyatı hər kəs üçün bir örnəkdir.
Tərdbirin sonunda şagirdlərin ifasında Sevil xanım Əliyevanın bəstələdiyi «Ana» mahnısını və vətənpərvərlik musiqiləri təqdim olundu.