Şriftin ölçüsü :

Saytın rəngi :

116 saylı məktəbdə aprel şəhidi Müşfiq Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

29 aprel 2019 | 11:00

Şəhidlər dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçisidir. Şəhidlər qaranlıq keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan qəlb dünyamızdırlar.

Məhz bu səbəbdən şagirdlərə vətənpərvərlik hissini aşılamaq üçün rayon ərazisində yerləşən 116 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə aprel şəhidi Orucov Müşfiq Arif oğluna həsr olunmuş tədbir keçirildi.

Tədbirdə məktəbin direktoru Gülnaz Kərimova, Xətai rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri  Pənah İmanov,  aprel qazisi polkovnik- leytenant EldənizSadıqov,  Qarabağ veteranı İbrahim Rüstəmli və digər  şəhid anaları iştirak ediblər.

Tədbirdə vətənpərvərlik mövzusunda çıxışlar, şeirlər və musiqi nömrələri səsləndirilib.

Sonda Aprel şəhidi Orucov Müşfiq Arif oğluna həsr olunmuş  ''Aprel Günəşi adlı sənədli film nümayiş olunub.

 

Keçidlər