Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr olunan konfrans keçirilib

30 aprel 2019 | 11:00

Xətai rayon icra hakimiyyəti ilə 7 saylı şəhər poliklinikasının birgə təşkilatçılığı və rayon səhiyyə müəssisələrinin baş həkimlərinin iştirakı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın  anadan olmasının 96 illiyinə həsr olunan  konfrans  keçirilib.
Poliklinikanın baş həkimi Şəlalə Səfərova tədbiri giriş sözü ilə açaraq  bildirdi ki,  Azərbaycanın əməkdar elm xadimi, Averbax adına mükafata layiq görülən ilk qadın, akademik Zərifə xanım Əliyeva nüfuzlu  tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli alim kimi qəbul edilib. Neçə-neçə insanın gözlərinə nur gətirən Zərifə xanım öz sahəsi üzrə dünya elminə yenicə məlum olan bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini operativ surətdə tətbiq edirdi. O, sözün həqiqi mənasında, peşəsinin vurğunu idi.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Zərifə xanımın görkəmli alim, mehriban insan, gözəl ana, vəfalı ömür-gün yoldaşı, bir sözlə, bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən bir insan olduğunu bildirib. Ömrünün çox hissəsinin Azərbaycan elminə həsr edən görkəmli alimin səhiyyə sahəsində xüsusilə də oftalmologiya elminin inkişafında misilsiz xidmətləri olduğu vurğulanıb.
Digər çıxış edənlər də  Zərifə xanımın Azərbaycan oftalmologiya elminin inkişafına verdiyi töhfələrdən, apardığı tədqiqatların əhəmiyyətindən danışıblar.

Keçidlər