Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə inşa yazı müsabiqəsi keçirilmişdir
Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Xətai Rayon Təşkilatı və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının inzibati binasında rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev Müasir Azərbaycan Dövlətinin Qurucusudur” adlı inşa yazı müsabiqəsi keçirilmişdir.
Müsabiqənin nəticələrinə görə 265 nömrəli tam orta məktəbin şagirdi Məmmədova Rəhimə Zaur qızı birinci yeri, 254 nömrəli tam orta məktəbin şagirdi Xəlilova Solmaz Nazim qızı və Heydər Əliyev adına Liseyin şagirdi Tağıyeva Nailə Zaur qızı ikinci yeri, Humanitar Fənnlər Təmayüllü məktəb-liseyin şagirdi Mansurova Ləman Tahir qızı və 98 nömrəli tam orta məktəbin şagirdi Əliyeva Fidan Rüfət qızı üçüncü yeri tutmuşdur.
Qalibləri təbrik edirik!