XƏTAİ RAYONUNDA GƏNC AŞPAZLAR ÇEMPİONATI KEÇİRİLİB
02.05.2019-cu il tarixində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsili alan gənclərin peşə bacarıqlarını nümayiş etdirmək və təkmilləşdirmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının səfir aşpazı, Suriya Aşpaz cəmiyyətinin üzvü, Qərbi Afrika Aşpazlar Asosasiyasının fəxri uzvü İlkin Əkbərzadə, usta aşpaz Azərbaycanın fəxri turizm işçisi, Birləşmiş Ərəb Əmirliklərinin Aşpazlar gildiyasının üzvü, Beynəlxalq kulinariya Federasiyasının Azərbaycan filialının vitse-prezidenti Anar Qasımov və AS idea MMC-nin təşkilatçılığı ilə gənc aşpazlar arasında 1-ci BBQ Festivalı keçirilmişdir.
Festivalda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 3 nömrəli Sumqayıt Peşə Liseyi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz" peşəsi üzrə təhsil alan tələbələrindən ibarət komandaları peşə bacarıqlarını nümayiş etdirmişlər.
Tədbirdə Bakı Şəhəri Xətai rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Tural Hüseynzadə, Maliyyə və təsərrüfat şöbəsinin məsləhətçisi Müşfiq İbrahimov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova, AS ideya MMC-nin rəhbəri Aşura Hüseynova, Fransız aşpazı Hardouin Atlan Jean Michel, İspaniya aşpazı Borja Ontanon Corro, Suriya aşpazı Bassel Abou Fakher, Usta Aşpaz Tahir Manafov , Mili Kulinariya Assosasiyasının usta aşpazı Ağa Salamov və digər qonaqlar iştirak etmişlər. İlk öncə tədbirin təşkilatçıları yarışın gedişatı haqqında tələbələri təlimatlandırmış, sonra komandalar arasında yarışmaya start verilmişdir.
Sonda münsiflər heyəti tərəfindən komandaların hazırladıqları təamlar qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. 1-ci BBQ festivalı üzrə I yer Qəbələ Turizm və Otelçilik üzrə Peşə Təhsil Mərkəzi , II yer Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, III yerə 3 nömrəli Sumqayıt Peşə Liseyi layiq görülmüş və qaliblərə sertifikat, kubok, medal, təşəkkürnamələr təqdim edilmişdir.