Xətai rayonunda növbəti iməcilik keçirilib
Xətai rayonu ərazisində əhalinin istirahətini təmin etmək məqsədilə yeni yaşılıq zolaqları, park və meydanlar salınır, iməciliklər keçirilir. 4 may 2019-cu il tarixdə Xətai rayonunun Cavanşir küçəsində növbəti iməcilik keçirilib. Tədbirdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev də iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar təşkil edilmiş iməcilikdə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və rayonun müəssisə, təşkilatlarının kollektivləri iştirak ediblər.
Uzun müddət baxımsız qalmış və bəzi sakinlər tərəfindən qanunsuz olaraq hasarlanmış ərazi az bir zamanda məişət tullantılarından və hasarlardan təmizlənmişdir.
Ərazidə təmizlik və abadlıq işləri aparılmış, asfalt örtüyü vurulmuşdur.
Yüksək fəallıq şəraitində keçən iməcilikdə abadlaşdırılan əraziyə çox sayda yeni ağaclar əkilmişdir.