261 nömrəli məktəbdə “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisidir” mövzusunda konfrans keçirilmişdir
Xətai rayonu 261 nömrəli məktəb-liseydə Ümummilli Lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.
Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə hazırlıq işlərinə 2019-cu il yanvar ayından başlanmışdır. Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş 96 inşa yazılmış, 96 divar qəzeti buraxılmış, Heydər Əliyevə həsr edilmiş 96 kitab sərgilənmiş, 96 şagird və müəllimin əl işləri, 96 rəsm işi məktəbin foyesində sərgiyə düzülmüşdür. Siniflərdə Heydər Əliyev-96 guşələri təşkil edilmişdir
Tədbirdə çıxış edənlər Ulu Öndərin həyat yolundan və siyasi fəaliyətindən söz açdılar.
Məktəbin şagirdləri Ulu Öndərə həsr olunmuş mahnı və şeirlər səsləndirdilər.
Tədbirin sonunda Umummili lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş edildi.