Şriftin ölçüsü :

Saytın rəngi :

171 saylı məktəbdə sakinlərlə görüş keçirildi.

15 fevral 2014 | 11:00

Fevral ayının  14-də Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun 171 saylı məktəbdə Ukrayna dairəsinin yaxınlığında yerləşən binaların  sakinləri ilə səyyar görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri həmçinin  2 saylı sahə inzibati ərazi dairəsinin nümayəndəsi və həmin ərazidə yaşayan sakinlər iştirak edirdi.
Sakinlərdən Qəhrəmanaova Maya, Səmədova Nazilə, Məmmədov Rövşən, Bayramov Səddam, Quliyev Xəqani, Gəncəliyev Nazim və başqaları çıxış edərək onları narahat edən bəzi nöqsan və çatışmazlıqları nəzərə çatdırmış, həmçinin qaz, istilik, işıq, yolların asfaltlanması və s. kimi kommunal, məişət  problemlərin aradan qaldırılmasını xahiş etmişlər.
Görüşün sonunda Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər