Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda mülki müdafiə məşqi keçirilmişdir.
03 may 2019-cu il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin və Xətai rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin əməkdaşları tərəfindən 2019-cu il üçün Hazırlıq planına müvafiq olaraq “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrin idarə edilməsinin təşkili” mövzusunda xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilmişdir.
Tədbirin məqsədi “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsinin, mülki müdafiənin təşkilini tənzimləyən rəhbər və normativ sənədlərin tələblərə uyğunluğunun, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, baş verə biləcək fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlığının yoxlanılması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi olmuşdur.
Məşqə rayonun ərazi qüvvələrindən Rabitə və xəbərdarlıq xidmətinin, Xətai rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Xətai rayon Polis idarəsinin, Əfəndiyev adına 2 saylı Kliniki şəhər xəstəxanasının, Bakı şəhər TTTYS-nın 2 və 7 saylı TYH-nin, Xətai rayon enerji təchizatı və satışı idarəsinin, Xətai rayon Sukanal Departamentinin, “SOCAR” Nəqliyyat idarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin, “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Gəmi Təmiri və Tikinti zavodunun, “Socar” Neftqaztikinti testinin müvafiq qrup və manqaları iştirak etmişdir. Məşqə çöxsaylı canlı qüvvə ilə yanaşı ərazi qüvvələrinin balansında olan mülki müdafiə təyinatlı texnika və avadanlıqlar da cəlb edilmişdir.