Xətai rayonunda ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi
Mayın 7-də Xətai rayon İcra Hakimiyyətində Xətai rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın “2019-cu ilin birinci rübündə Xətai rayonunun sosial-iqtisadi inkişafının yekunları”na həsr olunmuş hesabat yığıncağı keçirilib.Tədbir iştirakçıları foyedə Ümummilli Lider Heydər Əliyevin büstü qarşısına çiçəklər qoyublar.
Yığıncaqda 2019-cu ilin birinci rübü ərzində görülən işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin 1-ci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş müşavirədə qarşıya qoyulmuş vəzifələr müzakirə edilib. Rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyə üzvlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə açan Xətai rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərini müvəqqəti icra edən rayon İcra hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin 1-ci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş müşavirə barədə ətraflı məlumat verib.
Natiq şıxışında qeyd edib ki, Hesabat dövrü ərzində Xətai rayonununiqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər, məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafını və sosial məsələlərin uğurla həll olunduğunu göstərir. İlin əvvəlindən rayonun sənaye sahələrində 498 milyon 934 min manatlıq məhsul istehsal edilmiş bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,6% çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmiş, 499 milyon manat həcmində sənaye məhsulu istehlakçılara göndərilmiş, ondan 498 milyon manatı yerli istehsalı olan mallar olmuşdur. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2019-cu il vəziyyəinə 1 milyon 152 min manatlıq hazır məhsul ehtiyatı olmuşdur. İnformasiya və rabitə müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə faktiki qiymətlərlə 8 milyon 307 min manatlıq rabitə xidmətləri göstərilmiş, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,8 % çox olmuş və işçilərin orta siyahı sayı 645 nəfər, işçilərin orta aylıq əmək haqqı 787, 9 manat, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6 % çox olmuşdur. 2019-cu ilin I rübündə rabitə müəssisələri tərəfindən 8 milyon 307 min manat həcmində xidmətlər göstərilmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 35,8 faiz artmışdır. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 178541,5 manat həcmində xidmət göstərilmiş, İaşə müəssisələrinin ümumi dövriyyəsi 33 milyon 557 min manat olmuşdur. Həcmin 70,7 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və əhaliyə 23 milyon 745 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Hüquqi şəxslərin fəaliyyəti sayəsində əhaliyə 9 milyon 812 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 248 milyon 207 min manat təşkil etmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 64,4 faiz artmışdır. Əhaliyə göstərilən xidmətlərin 2,9 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində isə 185 milyon 616 min manat təşkil etmişdir.Rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 107 milyon 100 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 72,8 faiz təşkil etmişdir. Hesabat dövrü ərzində 103 milyon 789 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmiş və tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 155 milyon 625 min manat olmuş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 85,9 faiz təşkil etmişdir.
Podratçı təşkilatların gördükləri tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 129 milyon 862 min həcmində yerinə yetirilmiş, əsaslı təmir işləri 22 milyon 307 min manat həcmində, cari təmir 950 min manat, sair tikinti işləri isə 1 milyon 944 min manat təşkil etmişdir.
Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 565 milyon 361 min manatlıq əmtəə məhsulu satılmışdır ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 9,2 faiz azalma deməkdir. Satılmış əmtəələrin 28,8 faizi hüquqi şəxslərin, 9,1 faizi rayonda fəaliyyət göstərən əmtəə bazar və yarmarkanın, 62,1 faizi isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür.
Rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyinin artırılması məqsədilə müəyyən işlər görülmüşdür.
Hesabat dövrü ərzində Xətai rayon Məşğulluq Mərkəzinə 1168 nəfər işaxtaran vətəndaş müraciət etmiş, onlardan 1057 nəfər qeydiyyata alınmışdır. Qeydiyyata alınan vətəndaşlardan 431 nəfəri qadın, 234 nəfər gənc, 51 nəfər müxtəlif səbəblərdən əlil olanlar, 96 nəfəri isə məcburi köçkünlər olmuşdur. Müraciət edən vətəndaşların 873 nəfəri işlə təmin olunmuşdur. İşlə təmin olunan vətəndaşlardan 870 nəfəri DOST İŞ MMC tərəfindən yeni açılmış ödənişli ictimai faydalı işlərlə təmin olunmuşdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 305 nəfər şəhid ailəsi, 11 nəfər Milli qəhrəman, 20 yanvar faciəsi zamanı şəhid olanlar 5 nəfər, Böyük Vətən müharibəsi iştirakçıları 6 nəfər, ümumi səbəbdən 1-ci qrup əlil olan və sosial müavinət alanlar 553 nəfər, müharibə əlilləri 672 nəfər, o cümlədən Azərbaycan Respublikasının müdafiəsi zamanı əlil olanlar 433 nəfər, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanlar 122 nəfər, Böyük Vətən müharibə əlilləri 11 nəfər, Çernobıl AES-də hərbi xidmətdə əlil olanlar 87 nəfər, 20 yanvar faciəsi zamanı əlil olanlar 19 nəfərə birdəfəlik müavinət ödənilmişdir.
Hesabat dövrü ərzində Fondun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən yollayışlar vasitəsilə 27 nəfər sağlamlıq imkanları məhdud olan şəxslər Respublikanın müxtəlif müalicə və istirahət ocaqlarına göndərilmişdir.
2019-cu ilin I rübü ərzində Fondun Bakı şəhəri Xətai rayon şöbəsində 25962 yaşa, 8238 əlilliyə, 2567 nəfər аilə başçısını itirməyə görə olmaqla, cəmi 36767 nəfər əmək pensiyaçısı qeydiyyatda olmuşdur. Cari ilin 01 May tarixinə rayon üzrə 2336 nəfər olmaqla 605 ailəyəünvanlı sosial yardım təyin edilmişdir.
İlin əvvəlindən xidmət sahələri üzrə də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Xətai rayon Sukanal İdarəsi tərəfindən 351 binanın zirzəmisində su və kanalizasiya borularında baş vermiş qəzalar aradan qaldırılmış, zirzəmilərə yığılan sular nasoslar vasitəsilə çəkilərək, profilaktika və dezinfeksiya işləri aparılmışdır. Binadaxili su şəbəkəsində 339 p/m su xətti dəyişdirilmiş,585 p/m müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilmiş, su şəbəkəsində baş vermiş 912 ədəd qəzalar aradan qaldırılmışdır.
“Azəriqaz” İstehsalat Birliyinin Xətai Rayon Texniki İstismar xidməti tərəfindən M.Rüstəmov, İ.Məmmədov, K.Kərimov, S.Əhmədov küçələrində müxtəlif diametrli (d-325,400mm-lik) 2400 p/m qaz xətti çəkilmiş, xidməti ərazidə 400 ədəd qaz sayğacı və 5 ədəd yeni tipli qaz tənzimləyici quraşdırılmışdır.
Xətai Rayon Enerji Təchizatı və Satışı idarəsi tərəfindən 10-6/0,4 kv-luq istismar şəbəkəsinin transformator məntəqələri üzrə M.Hadi küçəsi 41,109, M.Rüstəmov küçəsi 24, İ.İsmayılov küçəsi 13, R.Məmmədov küçəsi 21, N.Tusi küçəsi 19,21 ünvanlarda və Ş.Səmədov küçəsi, Sadıqcan küçəsində Göz xəstəxanasına ümumilikdə 3000 metr kabel xətti çəkilmiş, məntəqələrdə, binaların giriş şitlərində cari təmir işləri aparılmış və yığım 96,7 faiz təşkil etmişdir.
Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin 3 saylı “Baklift” ixtisaslaşdırılmış istehsalat idarəsinin xidməti ərazisində liftlərin müvəqqəti dayanması 0,48 faiz və əhalidən xidmət haqqı üzrə yığım 102,7 faiz təşkil etmişdir.
“Temp” dövlət müəssisəsi 647 ədəd sərnişin liftlərinə xidmət göstərir. Litlərin müvəqqəti dayanması 0,157 faiz və əhalidən yığılan xidmət haqqı -98,7 faiz olmuşdur.
Hesabat dövründə Xətai Rayon Mənzil -Kommunal Təsərrüfatı Birliyi tərəfindən ərazinin sanitar təmizliyi, məişət tullantılarının daşınması nəzarətdə saxlanılmış, mənzil fondunun qorunub saxlanılması ilə əlaqədar zəruri tədbirlər görülmüşdür.
Yaşayış binalarında və evlərdə ümumi yaşayış qaydalarına əməl olunması, ticarət, xidmət, təhsil və səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət olunması barədə təlimatların verilməsinə baxmayaraq 2019-cu ilin yanvar ayının 3-də gecə saat 02 radələrində Nobel prospekti 84 ünvanında məcburi köçkünlərin məskunlaşdığı istilik mərkəzinin klub binasında yanğın hadisəsi baş vermişdir. Yanğınla əlaqədar zərər çəkmiş 17 məcburi köçkün ailəsi tərəfimizən aylıq haqqı ödənilməklə kirayə mənzillərlə köçürülmüşdür.
Bildiyiniz kimi, Nizami rayonunda yerləşən “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar keçirilmiş müşavirədə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar icra başçısının 01 aprel 2019-cu il tarixli, 66 saylı Sərəncamı ilə yaradılmış komissiya tərəfindən 01-08 aprel 2019-cu il tarixlərdə rayon ərazisində fəaliyyət göstərən ticarət, xidmət mərkəzlərinə baxış keçirilmiş, mütəxəssislərin iştirakı ilə ticarət mərkəzlərində yanğın xəbərverici siqnalizasiya sistemlərinin, illik yanğınsöndürmə avadanlıqlarının mövcudluğu və yanğınsöndürmə nəqliyyat vasitələrinin mövcudluğu və yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə yaxınlaşması imkanlarının monitorinqi aparılmışdır. Rayon ərazisində müxtəlif ünvanlarda istismar müddətini başa vurmuş yaşayış binalarında, müxtəlif təyinatlı ticarət və sosial obyektlərində yanğın təhlükəsizliyinin təmin olunması, baş verə biləcək yanğın hadisələrinə şərait yaradan amillərin qabaqçadan müəyyən edilərək aradan qaldırılması məqsədilə Nobel prospektində fəaliyyət göstərən “AMAY” Ticarət Mərkəzi, Babək prospektində yerləşən “Üzeyir-2” KM-də, “Qarabağlar” Ticarət mərkəzində, Gen. Şıxlinski küçəsi 42 ünvanda yerləşən yaşayış binasında, Cavanşir küçəsi 10 A, Kaçalov küçəsi 14 saylı binalara baxış keçirilmiş, aşkar olunan faktlar barəsində obyekt sahiblərinə və yaşayış binalarının balanssaxlayıcı təşkilatlarına tərəfimizdən müraciətlər olunmuşdur.
Payız-qış mövsümündə yaşayış binalarının normal istilik təchizatı ilə bağlı rayon İcra hakimiyyətinin, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin mütəxəssislərinin və Polis Bölmələrinin əməkdaşları tərəfindən binaların zirzəmilərində istilik sistemlərində yoxlamalar davam etdirilmiş və nəticə etibarı ilə aşkar edilmiş nöqsanlar dərhal aradan qaldırılmışdır.
Görülmüş işlərin nəticəsində payız-qış mövsümündə mərkəzləşdirilmiş istilik xəttinə qoşulmuş 551 yaşayış binasının və sosial obyektlərin istilik enerjisi ilə təminatı yaxşılaşmış, əhalinin istiliklə təmin olunması ilə bağlı şikayət edən sakinlərin sayı isə azalmış və eyni zamanda qeyd etmək lazımdır ki, qış mövsümündə ayrı-ayrı sahələrdə aparılmış təmir işlərinə görə bir sıra ünvanlarda çoxmənzilli yaşayış binalarına istiliyin verilməsində fasilələr yaranmışdır.
Rayonun ərazisində məcburi köçkünlərin kompakt məskunlaşdıqları yataqxanalarda, inzibati və ictimai binalarda, uşaq bağçalarında sanitar-texniki, yanğın təhlükəsizliyinə riayət olunması vəziyyəti, obyektlərin elektrik enerjisi, məişət qazı ilə fasiləsiz təminatı, içməli su və kanalizasiya xidməti ilə normal təmin olunmasına tərəfimizdən nəzarət olunmuşdur.
Məcburi köçkünlərin kommunal-məişət problemlərinin həllində lazımi köməklik göstərilmiş və diqqətdə saxlanılmışdır.İnzibati ərazidə kompakt məskunlaşmış məcburi köçkünlərin tibbi müayinədən keçirilməsi məqsədilə məcburi köçkünlərin məskunlaşdıqları ünvanlar poliklinikalara və tibbi mərkəzlərinə təhkim olunmuş və mütəmadi olaraq tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına uyğun olaraq sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri ilə qəzalı binaların sakinləri arasında müqavilələr bağlanılmış, əhali müvəqqəti olaraq şirkət tərəfindən haqqı öqənilməklə kirayə mənzillərə köçürülmüş və qəzalı binalar sökülmüşdür. Hazırda rayon ərazisində 5 ünvanda “pilot layihə” üzrə çoxmənzilli binaların tikinti işləri davam etdirilir. Tikinti şirkətləri ilə bağlanmış müqavilələrə əsasən sakinlər sökülmüş mənzillərin müqabilində yeni binalarda orta hesabla 20%-30 % əlavə sahə əldə etməklə tam təmirli mənzillərlə təmin olunacaqdır.
Rayonun Gen.Mehmandarov küçəsində isə yolun genişlənməsi, yeni asfalt örtüyünün salınması, yolun orta hissəsində müasir tələblərə cavab verən 200 əd işıqlandırıcıların quraşdırılması işləri davam etdirilir.Yolun çəkilişinə 170 min kv.m asfalt örtüyünün vurulması, 12200 p/m yeni bardyurların qoyulması işləri sürətlə davam etdirilir. Yol infrastrukturunda nəzərdə tutulmuş işlər başa çatdıqdan sonra rayonun Süleyman Əhmədov, Şahin Səmədov, Aşıq Ələsgər, Cavanşir küçələrində asfalt örtüyünün vurulması işləri planlaşdırılmış və bu işlər nəzarətimizdə saxlanılır.
Görülən işlərlə yanaşı rayon icra hakimiyyəti rayonda aparılan abadlaşma və yenidən qurma işlərinin həcmini artırmış və Bakı -Ağ şəhər layihəsinin inşası davam etdirilmişdir. Babək prospektində nəqliyyatın təhlükəsiz gediş-gəlişini təmin etmək üçün iki tərəfli yolun əsaslı təmiri işləri başa çatdırılmış, yol boyu ağaclar əkilmiş, obyekt və hasarlar rənglənmişdir.
Rayonun Elçin Əliyev küçəsi 4 ünvanında Daxili İşlər Nazirliyinin uşaq bağçası inşa edilmiş, qarşısında Zığ yolu küçəsi 9 ünvanında dövlət əhəmiyyətli mərkəzi yolun ətrafında rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 1.3 ha və Məzahir Rüstəmov küçəsi 12 saylı yaşayış binasının qarşısında 1.2 ha sahədə “Abad həyət” inşa olunmuş, parkın ərazisində fəvvarə, idman-əyləncə meydançası inşa edilmiş, söhbətgah, oturacaqlar, işıq dirəkləri quraşdırılmış, çəmənlik salınmış, dekorativ ağaclar, gül kolları əkilmiş, şəhidlərin abidə komlekdsində təmir-bərpa işləri aparılmış və Bakı Şəhər İcra Hakimiyyətinin, Xətai Rayon İcra hakimiyyətinin və Heydər Əliyev fondunun iştirakı ilə “Nümunəvi həyət”in açılışı mərasimi olmuş və sakinlərin istifadəsinə verilmişdir. Hazirda M.Hadi küçəsi 107, 109, 111 və 113 saylı yaşayış binalarının həyətində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Abad həyətin” inşası davam etdirilir.
Görülən işlərlə yanaşı qeyd etmək lazımdır ki, vaxtilə “Azəryolservis” ASC tərəfindən Cavanşir küçəsində yolun asfalt örtüyü vurulmuş, lakin küçədə işıq dirəkləri quraşdırılmadığı və işıqlanma bərpa olunmadığı üçün hazırda sakinlərin həyatına təhlükə yaranır və narazılığa səbəb olduğu üçün tədbirlərin görülməsi xahiş olunub.
Tədbirdə millət vəkili Səməd Seyidov, Prezident Administrasiyasının məsul əməkdaşı Ramiq Həşimov, başçının müavini Etibar Əhmədov, rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov və digər iştirakçıların da çıxışları dinlənildi.
Hesabat iclasının yekununda Rafiq Quluyev qeyd etmişdir ki, gələcəkdə də öhdəmizə düşən vəzifələri layqincə yerinə yetirəcək, ölkəmizin sosial-iqtisadi inkişafına, insanlarımızın rifah halının yaxşılaşdırılmasına öz töhfəmizi verəcəyik. Eyni zamanda Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən layqincə gələcək, ölkəmizin inkişafı yolunda həyata keçirdiyi siyasətə dəstək olacağıq.
Sonda iclasın qərar layihəsi oxundu.