Məhəmməd Hadi küçəsi 93/99 saylı binanın sakinlərinin müraciətləri dinlənildi
08.05.2019-cu il tarixdə rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rafiq Quluyev İcra Hakimiyyətinə müraciət etmiş Məhəmməd Hadi küçəsi 93/99 saylı binanın bir qrup sakinini qəbul etmişdir.
Sakinlərin göstərilən ünvanda yaşıllıq sahələrinin salınması və ərazidə abadlıq işlərinin görülməsi ilə bağlı müraciətləri dinlənilmişdir.
Qəbul zamanı Rafiq Quluyev sakinlərə həmin ərazidə yeni parkın salınacağı barədə məlumat vermiş və hazırda yeni salınacaq parkın layihəsinin hazırlanma mərhələsində olduğunu bildirmişdir.
Qeyd olunmuşdur ki, Xətai rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Bu məqsədlə son dövrlər keçirilən silsilə tədbirlər nəticəsində rayon ərazisində minlərlə ağac əkilmiş, park və abad həyətlər salınmışdır.