Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Neftçilər Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirildi.

10 may 2019 | 11:00

Mərkəzi Neftçilər Xəstəxanasında Xətai rayon İcra Hakimiyyətinin birgə təşkiltçılığı ilə    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr  olunan tədbir   keçirildi.

Xəstəxananın baş direktoru Nadir Mehdiyev  Ulu Öndər Heydər Əliyevin səhiyyə sisteminin inkişafı, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək ixtisaslı həkim kadrlarının hazırlanması  sahəsindəki  xidmətlərindən danışdı.

Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov  bildirdi ki,  Ümummilli Lider tibb işçilərinə böyük qayğı göstərib, yeni xəstəxana və poliklinikalar tikilib istifadəyə verilib, tibb ocaqları müasir cihaz və avadanlıqlarla təchiz edilib.

 

Keçidlər