Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı dəyirmi masa keçirilib
Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində işəgötürənlər arasında ardıcıl və geniş maarifləndirmə tədbirləri davam etdirilir. Bu məqsədlə Xətai rayonunda da geniş tərkibdə müşavirə keçirilib.
Tədbirdə Prezident cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın müsbət nəticələrindən, əmək bazarı iştirakçılarının qanuni mənafelərinin qorunması üçün atılan mühüm addımlardan bəhs olunub.
Qeyri-leqal məşğulluq hallarının vergi və sosial sığorta ödəmələrinin həyata keçirilməsinə, işçilərin əmək və sosial hüquqlarının təminatına ciddi maneə olduğu bildirilib. Belə halların aradan qaldırlmasında birgə səylərinin artırılmasının vacibliyi vurğulanıb.