Fevralın 15-16-da Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir.
16 fevral 2014 | 11:00
Fevralın 15-16-da Xətai rayonunda, M.Rüstəmov küçəsində növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Qəbələ, Astara və digər rayonlardan 192 maşın olmaqla 208,3 ton müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Onlardan 91,3 ton tərəvəz, 83,5 ton meyvə, 3,3 ton ət, 28,9 ton kartof, 0,8 ton bostan məhsulları olmuşdur.