M.Hadi küçəsi 103 və 109 saylı binaların əhatəsində təmizlik-abadlıq işlərinə start verilmişdir.
Xətai rayon İcra Hakimiyyəti tərəfindən M.Hadi küçəsi 103 və 109 saylı binaların əhatəsində təmizlik-abadlıq işlərinə start verilmişdir.
Bu məqsədlə ərazidə insanların ümumi istifadəsi üçün nəzərdə tutulmuş, lakin bəzi vətəndaşlar tərəfindən qanunsuz olaraq zəbt edilərək hasarlanmış yaşıllıq zolaqları, uzun müddət baxımsız qalmış, məişət və tikinti tullantıları ilə çirkləndirilmiş ərazilər quru otlardan, hasarlardan təmizlənir, qanunsuz tikililər sökülür, ağaclar budanır.
Təmizləmə işləri başa çatdıqdan sonra ərazidə sakinlərin asudə vaxtlarının tam təmin edilməsi üçün söhbətgahlar, uşaq əyləncə və idman qurğularının quraşdırılması nəzərdə tutulur. Yaşıllıqları suvarmaq üçün su xətti çəkiləcək, işıqlandırılma təmin ediləcək.
Ağac və yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi və əraziyə nəzarət etmək üçün binanın sakinlərindən bir neçəsi sosial işə cəlb ediləcəklər.