Şriftin ölçüsü :

Saytın rəngi :

“AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil olunmuş müsabiqənin yekun sərgisi keçirilib.

22 may 2019 | 11:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin  təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  elan  olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərcivəsində təşkil  olunmuş müsabiqənin yekun sərgisi keçirilib.

Sərgilənən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri  tərəfindən təşəkkürnamə ilə təltif   olundular,  həmçinin müxtəlif təşkilatların  nominasiyalar üzrə mükafatları təqdim  olundu.  

Keçidlər