Şriftin ölçüsü :

Saytın rəngi :

28 May- "Respublika Günü”nə həsr olunmuş rəssamlıq festivalı keçirilib

24 may 2019 | 11:00

24.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası  və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May- Respublika Günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin  təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  “Azərbaycanim” II Respublika Uşaq Rəsm Festivalı keçirilmişdir.
Festival çərçivəsində müsabiqə elan olunmuş, müsabiqədə ümumilikdə 1065 uşaq  2000-dən çox əsər göndərmiş, o cümlədən, “Yurdumuza Bahar Gəlir” uşaq rəsm müsabiqəsindən seçilmiş 20 əsər, həmçinin Şamaxı uşaqları ilə Şamaxıda keçirilmiş “Mənim Şamaxım” müsabiqəsindən seçilmiş 33 əsər iştirak etmişdir. Festival üçün iki yaş qrupu üzrə seçilmiş 34 uşaq dəvət olunmuşdur.
Tədbirdə çıxış edənlər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, xalq rəssamları Ağalı İbrahimov, Arif Hüseynov, Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Cavan Zeynallı və başqaları vurğuladılar ki, dövlətin uşaq və gənclər siyasətinin verdiyi imkanlar sayəsində bu gün ölkədə yeniyetmə və gənc istedadlara xüsusi qayğı və diqqət göstərilir. Məhz bu səbəbdən də uşaqlar müxtəlif incəsənət sahələrinə  böyük maraq göstərir, müxtəlif dərnəklərə, xüsusi məktəblərə gəlir və yaradıcılıq potensiallarını həvəslə nümayiş etdirirlər.
Çıxışlardan sonra festival öz işinə başladı. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirdi ki, festivalda əsərlərində milliliyi təsvir etmiş uşaqların yaradıcılığına daha yüksək qiymət veriləcək və ilk üç yeri tutan istedadlı rəssamlar mükafatlandırılacaqlar. Maraqlı ideya, Vətənin tərənnümü, mövzu seçimi,  rəng seçimi və vətənpərvərlik mövsuzu nominasiyalarında da həvəsləndirici mükafatlar olacaq. Festival müddətində uşaqların incəsənət muzeyinə və rəsm qalereyasına səyahəti də nəzərdə tutulur.
Tədbirin bədii hissəsində rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs qrupunun və 25 nömrəli Uşaq Musiq məktəbinin çıxışları Festivala xüsusi rəngarənglik bəxş etdilər.
Tədbirin sonunda festivalın digər rəsmi qonaqları gənc istedadların yaradıcılıq prosesi ilə yaxından tanış oldular, onların çəkdikləri rəsmlərin ideyası, göstərmək istədikləri obrazlar və əsərlərin süjet xəttinin qaynaqları ilə bağlı səmimi söhbət etdilər.

 

Keçidlər