Şriftin ölçüsü :

Saytın rəngi :

34 nömrəli uşaq musiqi məktəbi 28 May- Respublika gününə həsr edilmiş konsert verdi

29 may 2019 | 11:00

28 may- Respublika günü münasibətilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayonu 34 nömrəli uşaq musiqi məktəbinin hesabat konserti keçirilib.

R.Behbudov adına mahnı teatrında təşkil olunmuş konsertdə Bakı şəhər Mədəniyyət  Baş idarəsinin rəisi Cəlil Məlikov, Xətai rayon İcra Hakimiyyəti  İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Mədəniyyət Nazirliyinin əməkdaşı  Nicat Şərifov, eləcə də Bakı şəhər musiqi məktəblərinin direktorları iştirak ediblər.

Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib.

Tədbirin sonunda Pənah İmanov, Baş İdarənin rəisi Cəlil Məlikov çıxış edərək əldə etdikləri nailiyyətlərə, rayonun və paytaxtımızın bütün ədəbi-bədii tədbirlərində fəal iştiraklarına görə kollektivə təşəkkürlərini bildirərək gələcək fəaliyyətlətlərində  də böyük uğurlar arzuladılar.

Sonda xatirə şəkili çəkdirildi.

Keçidlər