Şriftin ölçüsü :

Saytın rəngi :

261 nömrəli məktəb-liseydə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirildi

29 may 2019 | 11:00

29.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçlığı ilə rayon ərazisində yerləşən 261 nömrəli məktəb-liseydə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi-maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, sektorun böyük məsləhətçisi İlahə Əfqanlı, rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbə müdirinin müavini və dini məsələlər üzrə işin aparıcısı Məhəmməd İbrahimov, müəllimlər və şagirdlər iştirak edirdilər.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbirlərin keçirildiyini vurğuladılar. Həmçinin ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, ölkə başçısının, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqətindən söz açaraq, uşaq hüquqlarının təmin olunmasına mühüm əhəmiyyət verildiyi barədə danışıldı, digər hüquqlarla yanaşı, uşaq hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyi, bu sahədə genişmiqyaslı işlərin görüldüyü haqqında məlumat verildi.

Keçidlər