Şriftin ölçüsü :

Saytın rəngi :

269 nömrəli məktəbin komandası Respublika çempionatının qalibi olub

07 iyun 2019 | 11:00

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məktəblər arasında təşkil olunmuş respublika çempionatı qaliblərinin təltif olunması mərasimi keçirilmişdir. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, millət vəkilləri, tərəfdaş qurumların əməkdaşları, tanınmış idmançılar, təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak etmişdir.

 Gənclər və İdman naziri Azad Rəhimov idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni və onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.

AMİF-in prezidenti Sevinc Hüseynova qaliblərə uğurlar arzu edib, Məktəb İdmanları Federasiyası tərəfindən həyata keçirilən layihələr barədə danışıb, gələcəkdə çempionat çərçivəsində keçirilən oyunlarda qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakına dəstək olacağını qeyd edib.

Çıxışlardan sonra qaliblər və çempionat çərçivəsində fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində 1, 2, 3-cü yerlərə layiq görülmüş ümumtəhsil məktəbləri təltif olunmuşdur.

Xətai rayonunu təmsil edən 269 nömrəli tam orta məktəb birinci  yeri tutaraq çempionatın keçici kubokuna sahib olmuşdur.

Bu münasibətlə  komandamızın üzvlərini təbrik edirik!

Keçidlər