Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi qurbanlarının xatirəsi yad edildi.

19 fevral 2014 | 11:00

Xətai rayon icra hakimiyyəti Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.Tədbirlər planına uyğun olaraq rayonun 287 saylı Zəkalar litseyində faciə qurbanlarının xatirəsi yad edildi.
Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bu amansız və qəddar soyqırım aktının  insanlıq tarixinə ən qorxulu kütləvi
terror kimi kimi daxil olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır.
Digər çıxışçılar isə əlavə etdilər ki, 21-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Tədbir şagirdlərin ifasında ədəbi bədii kompozisiya ilə başa çatdı.

Keçidlər