Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun- Milli Qurtuluş Günü münasibətilə Xətai rayon açıq çempionatı keçirilmişdir

12 iyun 2019 | 11:00

FHN-nin İdman Sağlamlıq Mərkəzində 15 İyun- Milli Qurtuluş Günü münasibətilə Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Karate Federasiyası, Xətai rayon Gənclər və İdman idarəsi, FHN-nin İdman Sağlamlıq Mərkəzi və Arpaçay Karate Klubunun birgə təşkilatçılığı ilə karate idman növü üzrə Xətai rayon açıq çempionatı keçirilmişdir.
Çempionatın açılış mərasimində Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Azərbaycan Karate Federasiyasının Prezidenti Yaşar Bəşirov, Xətai rayon Gənclər və İdman idarəsinin rəisi Əfqan Rzayev, Arpaçay Karate Klubunun Prezidenti Yavər Hüseynov, Milli Karate Federasiyasının hakimlər kollegiyası, məşqçilər və idmançılar iştirak etmişlər.
Çempionatda ümumilikdə 21 komanda (10 region, 10 Bakı və 1 Rusiya Federasiyasının komandası) tərkibində 14 yaş qrupunda müxtəlif çəki dərəcələrində 300 nəfər idmançı iştirak etmişdir.
Yarışların yekun nəticələri və komanda tərkibində qazanılmış medalların sayına görə Arpaçay Karate Klubu I yeri, Qaraqaplan Karate Klubu II yeri, Sumqayıt şəhər Buta Karate Klubu III yeri tutmuşdur.
Qaliblər Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman idarəsi tərəfindən diplom, medal və kubokla mükafatlandırılmışlar.

 

 

Keçidlər