Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai məktəblərində "Son zəng" həyəcanı yaşanıb

14 iyun 2019 | 11:00

14.06.2019-cu il tarixdə Xətai rayonunda fəaliyyət göstərən bütün təhsil ocaqlarında son zəng həyacanı yaşanıb. Rayon İcra Hakimiyyətinin nümayəndələri son zəng tədbirlərində məzunların sevinc və həyacanlarını bölüşüb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
 Rayonun 257 nömrəli tam orta məktəbində də məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məzunları təbrik edən rayon İcra Hakimiyyəti Başçısı səlahiyyətlərini müvəqqəti icra edən başçının birinci müavini Rafiq Quluyev son illər təhsil sahəsində əldə olunan uğurlardan danışıb. Qeyd olunub ki, dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər rayonumuzda da öz əksini tapır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Muxtar Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən söz açıb.
Çıxış edənlər müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.
 Tədbirlər məktəblilərin ifasında ədəbi- bədii kompazisiyalarla  davam etdirilib.

 

 

 

Keçidlər