86 saylı məktəbdə Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
Xətai rayon icra hakimiyətinin təçkilatçılığı ilə rayonun 86 saylı məktəbində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi.Şagirdlərin əl işlərindən ibarət sərgi maraqla qarşılandı. Sərgidə erməni vəhşiliklərini əks etdirən fotoşəkillər nümayiş olundu.
Xətai rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva çıxış edərək bu amansız və qəddar soyqırım aktının insanlıq tarixində ən qorxulu kütləvi terror olduğunu qeyd etdi. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Görüşdə həmçinin Heydər Əliyev Fondunun bu istiqamətdə göstərdiyi xidmətlərdən söhbət açıldı.
Digər çıxışçılar isə əlavə etdilər ki, 21-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayətdir.
Sonda şagirdlərin ifasında Xocalı faciəsindən bəhs edən ədəbi bədii kompozisiya nümayiş olundu.