Şriftin ölçüsü :

Saytın rəngi :

249 saylı məktəbdə Xocalı faciəsi anıldı

21 fevral 2014 | 11:00

Xətai rayon icra hakimiyətinin  Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı
hazırladığı tədbirlər planına uyğun olaraq rayonun 249 saylı orta məktəbində faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Xətai rayon icra hakimiyəti başçısının müavini Jalə Abdıyeva Xocalı soyqırımının tarixindən danışaraq bu günün xalqımıza qarşı törədilmiş amansız bir terror olduğunu qeyd etdi. Şagirdlərin diqqətinə çatdırıldı ki,  dövlətimiz erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər və Xocalıda baş verənlərin  dünya ictimaiyyətinə çatdırılması və soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər danılmazdır. Digər çıxışçılar isə əlavə etdilər ki, 21-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.
Tədbirin sonunda şagirdlərin ifasında ədəbii bədii kompozisiya nümayiş olundu.

Keçidlər