Şriftin ölçüsü :

Saytın rəngi :

General Mehmandarov küçəsində abadlıq işləri davam edir.

26 iyul 2019 | 11:00

Rayon ərazisində müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun General Mehmandarov küçəsində yol infrastrukturunun yenidən qurulması  davam etdirilir.

Hazırda ərazidə  yaşıllıq zolaqları bərpa olunur, ağaclar budanır, onlara  aqrotexniki qulluq  edilir, yaşıllıq zolaqlarının və ağacların sulanması üçün su xətləri çəkilir.Yolboyu yerləşən məişət obyektlərinin fasadlarının rənglənməsi və abadlaşdırılması işləri həyata keçirilir.

Sakinlər tərəfindən qeyri-qanuni zəbt edilərək  hasarlanmış ərazilərdə çəpərlərin və yöndəmsiz tikililərin söküntüsü başa çatdırılmış, insanların istirahətini təmin etmək üçün həmin ərazidə söhbətgahlar quraşdırılmışdır. 

 

Keçidlər