Xətai rayonunda Mənzil Kommunal Təsərrüfatı Birliyində müşavirə keçirilib
Xətai rayonu ərazisində üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamış yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi, torpaq sahəsinin ayrılmasına və yaşayış evinin tikintisinə dair rəsmi sənədlərin mövcudluğunun müəyyənləşdiriməsi, məlumatların toplanması və müvafiq tədbirlərin görülməsi məqsədilə Yerli Ekspert komissiyasının iclası keçirilmişdir.
Tədbirdə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis əvəzi Sahib Babayev, rayon İcra Hakimiyyətinin başıçısının müavini Etibar Əhmədov,Yerli Ekspert komissiyasının üzvləri, şöbə müdirləri, Başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, rayon bələdiyyələrinin rəhbərləri, Mənzil Kommunal İstismar Sahələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.