Şriftin ölçüsü :

Saytın rəngi :

General Mehmandarov küçəsi boyunca abadlaşdırma işləri davam edir, istirahət guşələri yaradılır

21 avqust 2019 | 11:00

Rayon ərazisində müntəzəm aparılan abadlıq-quruculuq işləri çərçivəsində rayonun General Mehmandarov küçəsində yol infrastrukturunun yenidən qurulması ilə paralel olaraq yol kənarlarında əhalinin rahat gediş-gəlişini, uşaqların və böyüklərin istirahətini təmin etmək üçün istirahət guşələri yaradılır.

Ərazidə sakinlər tərəfindən qeyri-qanuni çəkilmiş çəpərlərin və yöndəmsiz tikililərin söküntüsü başa çatdırılıb, insanların istirahətini təmin etmək üçün söhbətgahlar və uşaq əyləncə elementləri quraşdırılıb. Həmçinin, səkilərə daş döşənib, asfalt örtüyü çəkilib, yaşıllıq zolaqları bərpa olunub, ağaclara aqrotexniki qulluq  edilib, yaşıllıq zolaqlarının və ağacların sulanması üçün su xətləri çəkilib. 

 

Keçidlər