Fevralın 22-23-də Xətai rayonunda növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir
23 fevral 2014 | 11:00
Fevralın 22-23-də Xətai rayonunda, M.Rüstəmov küçəsində növbəti kənd təsərrüfatı məhsulları yarmarkası keçirilmişdir. Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Qəbələ, Astara və digər rayonlardan 179 maşın olmaqla 200,7 ton müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
Onlardan 83,2 ton tərəvəz, 86,0 ton meyvə, 3,3 ton ət, 26,9 ton kartof, 0,8 ton bostan məhsulları olmuşdur.