Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Əsrin müqaviləsinin 25-ci ildönümü və Neftçilər günü münasibətilə konfrans keçirilmişdir

20 sentyabr 2019 | 11:00

19 sentyabr 2019-cu il tarixində Azərbaraycan Dövlət Neft Şirkətinin Xətai rayonunda yerləşən Qaz İxrac İdarəsində Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatı, Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin 25-ci ildönümü və “Neftçilər günü” münasibətilə keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi və konfrans keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Xətai rayonunda yerləşən parkda umummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
            Çıxış edənlər, Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, iki sahil qəzətinin baş redaktoru Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatı, komitə sədri Ziyad Səmədzadə, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatını sədri Hüseynbala Mirələmov, Azərbaraycan Dövlət Neft Şirkətinin vitse prezidenti Xaliq Məmmədov, Xətai Rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Orxan Bayramov   ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strateqiyasının, həmçinin tarixi hadisə kimi səciyyələndirilən “Əsrin Müqaviləsi”nin dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərini bildirmişlər.
        Daha sonra inşa yazı müsabiqəsi qalibləri 263 nömrəli tam orta məktəbin şagirdi Qəmbərov Əli - birinci yer, Heydər Əliyev adına liseyin şagirdi Mirzəyeva Zəhra - ikinci yer, 265 nömrəli tam orta məktəbin şagirdi Mürsəqulova Səma – üçüncü yer, 58 nömrəli tam orta məktəbin şagirdi Əsədova Səma  - fərqlənmə diplomları və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər