194 saylı tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Məmmədov Anar Elşad oğlunun anım günü qeyd olunub
22 noyabr 2022-ci ildə Xətai rayonu 194 saylı tam orta məktəbdə Vətən Müharibəsi şəhidi mayor Məmmədov Anar Elşad oğlunun anım günü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova, YAP Xətai rayon Təşkilatının nümayəndəsi Ülvi Abbasov, məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, qazilər iştirak ediblər. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə şəhidin qəhrəmanlığından söhbət açılıb, ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.
Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.