Xətai rayonunda Beynəlxalq Ahıllar Günü münasibətilə rayonun ahıl sakinləri evlərində ziyarət olunub
Yeni Azərbaycan Partiyasının 1 Oktyabr –Beynəlxalq Ahıllar Günü münasibətilə həyata keçirdiyi aztəminatlı ailələrə və qayğıya ehtiyacı olan ahıl sakinlərə yardım aksiyasında rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının gəncləri də ənənəvi olaraq aktiv şəkildə iştirak ediblər.
Sentyabrın 30-da sözügedən aksiya çərçivəsində rayon ərazisində yaşayan aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan ahıl sakinlərə maddi və mənəvi yardım göstərilib, sovqatlar təqdim edilib. Aksiya çərçivəsində gənclər evlərdə olub, ailələrlə ünsiyyət qurub və ahılların problemləri ilə yaxından tanış olublar. Gənclər ahıllarla səmimi söhbət edərək onların məişət qayğılarının yüngülləşdirilməsində yaxından iştirak ediblər.
Ahıl şəxslər vaxtilə çalışdıqları illərlə bağlı öz xatirələrini gənclərlə bölüşüb, Vətənə, dövlətə və xalqa xidmət etməyin şərəfli iş olduğunu vurğulayıblar. Səmimi söhbət zamanı yaşlı sakinlər Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirib, göstərilən diqqətə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.