Şriftin ölçüsü :

Saytın rəngi :

171 NÖMRƏLİ MƏKTƏBDƏ "NƏSİMİ İLİ" İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

18 oktyabr 2019 | 11:00

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamına əsasən 2019-cu il “Nəsimi ili” elan olunub. Bununla əlaqədar rayon ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirilməkdədir.
  Xətai rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə  Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə növbəti belə tədbir təşkil olunub.
  Tədbirdə çıxış edənlər, rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri P. İmanov, şöbə müdirinin müavini və dini işlər üzrə işin aparıcısı M.İbrahimov, YAP Xətai rayon təşkilatının aparat rəhbəri M.Kərimov və 171 nömrəli tam orta məktəbin direktoru Z. Məsiyeva dahi şair  Nəsiminin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib, qəzəllərindən nümünələr səsləndiriblər. Qeyd olunub ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılıb.
Tədbirdə iştirak edən,  yaratdığı Nəsimi obrazı ilə tamaşaçıların böyük sevgisini və rəğbətini qazanan xalq artisti Rasim Balayev çıxışında Nəsimi yaradıcılığını dərin bir dəryaya bənzədərək onun qəzəllərində dünyəvi dəyərləri aşıladığını  və fəlsəfi fikirlərlinin zamansız olduğunu qeyd etdi. Nəsimi ili çərçivəsində keçirilən tədbirlər də bu sənət dühasını dünyaya tanıtmaq üçün əla şans olduğunu vurğuladı.
Daha sonra tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompazisiya ilə davam etdi.

 

Keçidlər