Xocalı parkında hazırlıqlar davam edir
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xocalı soyqırımının 22-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai rayon icra hakimiyyəti tərəfindən abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda Türkiyə və İtaliyadan gətirilmiş, müxtəlif naxış formalarını özündə əks etdirən 200 min gül və 4 min bəzək kolu əkilmişdir. Parkın ətrafı Azərbaycanın milli memarlıq nümunələrini özündə əks etdirən üzlük daşlı məhəccərlərlə əhatə olunub. Bütün bunlarla yanaşı parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında ümumi sahəsi 2 min kvadratmetr əraziyə Xocalı faciəsini əks etdirən fotoşəkillərin quraşdırılmasına başlanılıb. Parkın ətraf ərazilərində yerləşən binalarda isə tərtibat işləri çərçivəsində 1200 kv.m-lik banner və 900 kv.m –lik adratmetr pano yerləşdiriləcək. Xocalı parkına giriş hissədə və Yusif Səfərov küçəsi boyunca yeni yaşıllıq örtüyü salınıb və gül kolları əkilib. Hazırda parkda bu istiqamətdə işlər davam etdirilir.