Xətai rayonunda “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda rəsm müsabiqəsi keçirilib
22 oktyabr 2019-cu il tarixində Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə sağlam həyat tərzinin təbliği, narkomaniya, tütün, alkoqol və digər zərərli vərdişlərin mənfi təsiri ilə bağlı rayon ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Azərbaycan gəncləri narkotiklərə yox deyir” mövzusunda keçirilən rəsm müsabiqəsinin sərgisi və mükafatlandırılma mərasimi təşkil olunmuşdur.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının aparat rəhbəri Mail Kərimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və məktəblilər iştirak etmişlər.
Müsabiqənin yekun qiymətləndirilməsinə görə 17 nömrəli tam orta məktəbin 9b sinif şagirdi İmanova Şövkət Cəmşid qızı birinci yeri, 147 nömrəli Texniki-Humanitar Liseyin 9b sinif şagirdi Seyidov Şahin Oleq oğlu və Heydər Əliyev adına Liseyin 11c sinif şagirdi Cəfərzadə Məhbubə Əli qızı ikinci yeri, 24 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Quliyeva Aytən Seymur qızı, 194 nömrəli tam orta məktəbin 9c sinif şagirdi Həsənova Nərgiz Vaqif qızı və 257 nömrəli tam orta məktəbin 11a sinif şagirdi İbrahimova Zibaxanım Novruz qızı üçüncü yeri tutmuşlar.
Qaliblərə diplomlar təqdim olunub.