Məzahir Rüstəmov küçəsində abadlıq işləri davam edir
25 oktyabr 2019 | 11:00
Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq, sakinlərimizin istək və arzularına uyğun olaraq Xətai rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Görülən işlər çərçivəsində rayonun Məzahir Rüstəmov küçəsində yerləşən məişət obyektlərinin qarşısındakı qeyri-qanuni, yöndəmsiz artırmalar sökülərək ərazilər abadlaşdırılıb, səkilərə daş düzülüb, ağaclarda budama işləri aparılıb, yaşıllıq sahələri salınaraq sakinlərin rahat gediş-gəlişi təmin edilib.
Həmçinin küçəboyu mövcud olan məişət obyektlərinin fasadları da təmir edilərək küçənin daha müasir və estetik görkəm alması üçün müvafiq tədbirlər görülüb.