Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Narkomaniya- uçuruma aparan yol” adlı seminar keçirilib

07 noyabr 2019 | 11:00

 Xətai rayonu 29 nömrəli tam orta məktəbin akt zalında yeniyetmə və gənclərin iştirakı ilə “Narkomaniya- uçuruma aparan yol” adlı seminar keçirilmişdir.

“Azərbaycan gəncliyi 2017-2021-ci illəri” əhatə edən dövlət proqramının 5.2.1 bəndinə əsasən Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı tədbirlərin keçirilməsi, biliklərin artırılması və davranışlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən seminarda məktəbin direktoru Ələkbərova Reyhan, Xətai Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi (gənclər sahəsi üzrə) Rzayev Mamed, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimləri Camalova Ülkər və İsmayılova Nigar, yeniyetmə və gənclər iştirak etmişlər.
Diskusiya formatında təşkil olunmuş seminarda mövzu ilə bağlı slaydlar nümayiş etdirilmiş, narkomaniyanın fəsadları haqqında geniş məlumat verilmişdir.

Keçidlər