Xətai rayonunda 9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Xətai rayonu ərazisində yerləşən ümumtəhsil müəssisələrində, körpələr evi-uşaq bağçalarında 9 noyabr-Azərbaycan Dövlət Bayrağı günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Rayon İcra Hakimiyyəti nümayəndələrinin, məktəblərin pedaqoji və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirlərdə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgilər nümayiş olunub.
Tədbirlərdə iştirak edən qonaqlar çıxışlarında dövlətçilik rəmzlərindən sayılan üçrəngli bayrağımızın Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra dövlət müstəqilliyimizin, ölkənin ərazi bütövlüyü və toxunulmazlığının, milli suverenliyimizin simvolu kimi qəbul olunduğunu vurğulayıblar.
Həmçinin qeyd olunub ki, dövlət başçısının sərəncamına uyğun olaraq hər il Respublikamızın hər yerində və ölkə hüdudlarından kənarda həmyerlilərimiz tərəfindən “Dövlət Bayrağı günü” qeyd edilir.
Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir.
Tədbirlərdə məktəblilərin ifasında günün mahiyyətini özündə əks etdirən səhnəciklər, şeirlər, musiqilər səsləndirilib.