Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə ilk səyyar qəbulu keçirilmişdir

23 noyabr 2019 | 11:00

Noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra Rafiq Quluyevin Humanitar liseydə sakinlərlə ilk səyyar qəbul-görüşü keçirilib.

Görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri,  rayon sakinləri iştirak ediblər.

Rafiq Quluyev prezidentin ötən il keçirilmiş seçkilərdən dərhal sonra bəyan etdiyi çağırışlara uyğun olaraq imzaladığı fərman və sərəncamlar haqqında geniş məlumat verərək vətəndaşların rifahının yaxşılaşdırlması istiqamətində aparılan iqtisadi və sosial islahatları, onların əhəmiyyətini sakinlərin diqqətinə çatdırdı. Rafiq Quluyev Prezident İlham Əliyevin yeni təyin olunmuş İcra Hakimiyyəti başçılarını qəbul edərkən verdiyi tapşırıq və tövsiyyələrin tam həcmdə və yüksək keyfiyyətlə icra olunacağını, Xətai  rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin və əsaslı sosial infrastruktur layihələrin icrasının bundan sonra da davam etdiriləciyini bildirdi.

Çıxış edən rayon sakinləri onları narahat edən suallarla bağlı Xətai rayon İcra Hakimiyyətinin başçısına müraciətlər etdilər.

Yeni başçı sakinlərin çoxsaylı müraciətlərini, təklif və iradlarını dinlədikdən sonra bu müraciətlərin rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olanlarının həlli istiqamətində tədbirlərin həyata keçiriləcəyini, digər müraciətlərin onlara baxılmasının təmin olunması məqsədi ilə aidiyyəti üzrə istiqamətləndiriləcəyini bildirdi. Eyni zamanda sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıqlar verildi.

 

Keçidlər