3 Dekabr-Əlillər günü Xətai rayonunda da qeyd edilib
3 dekabr-Əlillər günü Xətai rayonunda rayon İcra hakimiyətinin təşəbbüsü ilə Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi, 20 Yanvar əlillərinin, tənha və kimsəsiz ahılların iştirakı ilə qeyd edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Etibar Əhmədov bildirib ki, bu qəbildən olan insanların sosial problemlərinin həllinə dövlət qayğısı ildən-ilə artır. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Bu cür tədbirlərin keçiriləməsində əsas məqsəd isə fiziki imkanları məhdud olan insanlara diqqət və qayğı göstərmək, onları cəmiyyətə inteqrasiya etməkdir.
Digər çıxışçılar əlillərin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və görülən işlərdən danışıblar.
Tədbir rayon mədəniyyət evinin kollektivinin ifasında milli rəqslərin nümayişi ilə davam etdirilib.Rayon Mədəniyyət evinin musiqiçiləri tədbir iştirakçılarını rəqs nömrələri ilə əyləndiriblər.