Xətai rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə aksiyası keçirilib
Bu gün mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın hər yerində olduğu kimi Xətai rayonunda da təntənəli şəkildə təşkil edilib.
Ağacəkmə aksiyasında Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən aksiyada 2000-dən çox insan iştirak edib və 8500 ədəd müxtəlif növ ağaclar əkilib.
Bayram əhval ruhiyəsində keçən ağacəkmə aksiyasında iştirakçılar üçün çay süfrəsi təşkil edilib.