Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon İcra Hakimiyyətində Könüllülük fəaliyyətini başa vurmuş könüllülərə sertifikatlar təqdim olundu

10 dekabr 2019 | 11:00

10 dekabr 2019-cu il tarixində Xətai rayon İcra Hakimiyyətində Könüllülük fəaliyyətini başa vurmuş könüllülərə sertifikatlar təqdim olundu.
Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov  bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır. Pənah İmanov  ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və Könüllü fəaliyyətinin çox önəmli olduğunu gənclərin nəzərinə çatdırdı. Qeyd olundu ki, BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən hər il üzv ölkələrdə 5 dekabr- Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

Sonra Xətai rayon Könüllülər qrupunda  fəaliyyət göstərən gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edildi.

Könüllülük fəaliyyətində iştirak edən gənclər onlara yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Keçidlər