Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

08 yanvar 2020 | 11:00

8 yanvar 2020-ci il tarixdə 95 saylı tam orta məktəbdə  1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2019-cu ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

Toplantıda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Dəyanət Əzizovun hesabat məruzəsi dinlənilmişdir.
Sonra çıxış edənlər 95 saylı tam orta məktəbin direktoru  Elçin Abdullayev, Protez-Bərpa Mərkəzinin direktoru Asif Məcidov, ərazidə yaşayan sakin Məmməd Allahverdiyev  çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.

Keçidlər