Rayon İcra Hakimiyyətinin başçısı qəbulda olan vətəndaşların müraciətləri əsasında onları evlərində ziyarət edib
15 yanvar 2020 | 11:00
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev İcra Hakimiyyətində qəbulda olan aztəminatlı ailələrin şifahi müraciətləri əsasında onları evlərində ziyarət edib. Rayon rəhbəri həmin ailələrin yaşayış şəraiti ilə yaxından maraqlanıb, problem və istəklərini dinləyib və problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Sakinlər göstərilən diqqət və qayğıya, eləcə də Xətai rayonunda görülən işlərə görə ölkə rəhbərliyinə - cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.